"Azərbaycan cəzalandırılmalıdır, əgər sözlə anlamırlarsa..." - Rus deputat + VİDEO


Rusiya Dövlət Dumasının İqtisadi siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları real təhlükə adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, deputat, dövlət televiziyasında çıxışı zamanı Azərbaycanı açıq şəkidə sülhü pozmaqda təqsirləndirib:
"Azərbaycanlılar açıq şəkildə sülhü pozublar. Bizimkilər deyəndə ki, biz danışdıq, onlar geri çəkildi. Onlar isə rəsmi şəkildə açıqlama verdilər ki, tutduqları ərazilərdən geri çəkilməyiblər. Bu, Amerika və Türk aqressiya siyasətidir və bugünkü gündə real təhlükədir. Əgər bu, sərt və birmənalı şəkildə cəzalandırılmazsa... Azərbaycanın neft sənayesi bizim nəyimizə lazımdır?! Sadə sual. Ona ehtiyac yoxdur. Üstəlik rahat hədəfdir. Əgər sözlə anlamırlarsa, o zaman əməllə başa düşərlər. Biz bunu etməzsək, biz olmayacağıq".
Qeyd edək ki, martın 27-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamların həqiqətə uyğun olmadığını bəyan etmişdi. Bildirilmişdi ki, Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top