"Dövlətin mövcudluğuna təhlükə yaransa, Rusiya bunu edəcək"


Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov əmin edib ki, Rusiya Avropa ölkələrinə qarşı nüvə silahından istifadə etmək niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə PBS telekanalına müsahibəsində bildirib. Peskov deyib ki, dövlətin mövcudluğuna təhlükə yaranarsa, Rusiya bu addımı atacaq.
Putinin üçüncü ölkələrin müdaxiləsi halında nüvə silahından istifadənin mümkünlüyündən bəhs etdiyi iddia edilən tezisinə Peskov etiraz edib: “Mən belə düşünmürəm, qarışmağa ehtiyac yoxdur, əgər bu baş verərsə, o zaman bizim bunun qarşısını almaq, cəhd edənləri cəzalandırmaq üçün vasitə və imkanlarımız var”.
Onun sözlərinə görə, “müharibənin hər hansı bir sonu (Ukrayna ilə) əlbəttə ki, nüvə silahından istifadə üçün səbəb deyil”.
“Bizim təhlükəsizlik konsepsiyamız var, bu konsepsiyada çox aydın şəkildə qeyd olunur ki, yalnız dövlətin mövcudluğuna təhlükə yarandıqda, biz nüvə silahından dövlətimizin mövcudluğuna təhlükəni aradan qaldırmaq üçün istifadə edə bilərik”, - Putinin sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top