“Taliban” ilk dəfə Avropaya mal ixrac etdi


Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” çox sayda yük maşını ilə ərəb və Avropa ölkələrinə mal göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” məlumat yayıb.
Əfqanıstanın qərbində yerləşən Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis Lazuli nəqliyyat dəhlizi ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb. Püstə, küncüt, zirə, xalça və badamdan ibarət yüklərin ümumi dəyəri beş milyon ABŞ dollarına bərabrədir. Telekanalın məlumatına görə, bu Əfqanıstandan Avropaya ilk ixracdır.
 

DİGƏR XƏBƏRLƏR

Top