
Rusiyanın Fransadakı səfirliyi şəxsi təhlükəsizlik risklərinə görə ruslara ölkənin şimal-qərbində yerləşən Dovil şəhərinə getməyi tövsiyə etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının “Facebook” səhifəsində yayımlanan məlumatda deyilir:
“Dovil şəhərinin bələdiyyə orqanları tərəfindən həyata keçirilən anti-Rusiya hərəkətləri ilə əlaqədar olaraq, Rusiyanın Fransadakı səfirliyi şəxsi təhlükəsizlik üçün riskləri nəzərə alaraq Rusiya vətəndaşlarına bu şəhərə getməməyi tövsiyə edir”, - deyə məlumatda bildirilib.