Abramoviç zəhərlənib


Rusiyalı oliqarx Roman Abramoviç və sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətinin üzvləri bu ayın əvvəlində Kiyevdə keçirilən görüşdən sonra zəhərləniblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Wall Street" jurnalı məlumat yayıb.
Bildirilib ki, martın 3-də Ukraynanın paytaxtında keçirilən görüşdən sonra Abramoviç, eləcə də Ukrayna komandasının ən azı iki yüksək vəzifəli üzvü gözlərində qızarma, ağrı və sulanma, üz və əllərində dərinin soyulması kimi simptomlarla üzləşiblər. Martın 4-də isə danışıqlarda iştirak edən qrup Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqları davam etdirmək üçün Kiyevdən Lvova, ordan Polşaya, daha sonra İstanbula yola düşüb.
Hadisə ilə bağlı araşdırma başladılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top