
Rusiya qanunvericiliyində “xaricdəki soydaşlar” anlayışına yeni dəyişiklik təklif olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının rəsmi saytında məlumat paylaşılıb. Bildirilib ki, “soydaş” ifadəsi rus dilini Rusiya Federasiyasının dövlət kimi bilən, Rusiya ərazisində tarixən yaşayan xalqlar kateqoriyasına daxil olan və əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş yaxud yaşamış şəxslərə şamil olunacaq. Yeni redaktədə “soydaş” anlayışı ilə SSRİ vətəndaşlığı olan şəxslər arasındakı əlaqə hissəsi çıxarılıb.