Sudan ödənişli istifadə qaydaları təsdiqləndi - QƏRAR


“Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları” təsdiq edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Naxçıvan Muxtar Respublikası üzrə sudan ödənişli istifadə qaydaları bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilir.

Tarif (qiymət) Şurası bu Qərarla ilə təsdiq edilən Qaydalara uyğun olaraq sudan istifadə haqqını (tarifləri) iki ay müddətində müəyyən etməlidir.

Bu Qərarla təsdiq edilən Qaydalar nəzərdə tutulan sudan istifadə haqqı (tariflər) təsdiq edildikdən sonra qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top