Ukraynada azərbaycanlı tələbəni çeçenlər girov saxlayır? - VİDEO


Xəbər verdiyimiz kimi, Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev Ukraynada girovluqdadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ARB Xəbər”ə Mariupol Dövlət Universitetinin üçüncü kurs tələbəsi Hüseynin atası Amin Abdullayev məlumat verib.
Onun sözlərinə görə, müharibə başlayarkən oğlu tələbə yoldaşları ilə birgə ölkəni tərk etmək istəyib. Dostlarından biri Azərbaycana qayıdıb, digəri isə Polşaya keçib. Hüseyn isə ukraynalıların olduğu avtomobillə Mariupoldan çıxsa da, Zaparojye vilayətində hərbçilər onları saxlayıb:
“Əvvəl eşitdik ki, uşağı rus polisləri tutub. Ondan sonra əlaqəmiz kəsildi. Ayın 19-da mən özüm ona zəng vurdum. Rus hərbçiləri zəngi açdılar: “Sizin övladınız bizim əlimizdədir””.
Telefon danışığı zamanı Hüseyni girov götürənlər şərtlərini də açıqlayıblar. Deyiblər ki, Ukraynada rus əsirlər var. Onlar dəyişdirilən zaman, Abdullayevi də rus əsirinin qarşılığında geri verə bilərlər.
Hüseynin atası həmçinin bildirib ki, oğlu ilk telefon danışığında onun rus hərbçilərinin əsirliyində olduğunu düşünsələr də, ikinci dəfə baş tutan danışıqdan sonra belə olmadığı ortaya çıxıb:
“Əmisi bildi ki, bunlar Qafqaz ləhcəsi ilə danışırlar. Ya çeçendir, ya da dağıstanlı. Bizi Hüseynlə danışdırdılar. Dedilər ki, onu incitmirlər, yemək filan verirlər”.
“ARB Xəbər”in reportajını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top