Ukrayna və Rusiya heyətləri Türkiyədə görüşəcək - Tarix bəlli oldu


Ukrayna nümayəndə heyətinin üzvü və “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia Rusiya-Ukrayna danışıqlarının növbəti raundu ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o Ukrayna və Rusiyanın Türkiyədə üç günlük danışıqlar raundunun keçirilməsi barədə razılığa gəldiklərini deyib. Araxamia bildirib ki, sözügedən görüş martın 28-30-da keçiriləcək.
Qeyd olunub ki, bütün təfərrüatlar daha sonra açıqlanacaq:
“Video danışıqların növbəti raundunda biz iki nümayəndə heyəti ilə növbəti canlı raundun 28-30 mart tarixlərində Türkiyədə keçirilməsinə qərar verdik”.

DİGƏR XƏBƏRLƏR

Top