
Rusiyanın Federasiya Şurası və Dövlət Duması "Luqansk Xalq Respublikası" lideri Leonid Paseçnikin Rusiya Federasiyasına daxil olmaq üçün "referendum" keçirmək planları barədə bəyanatını şərh edib.
Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişas Rusiya Federasiyasının sözügedən qondarma respublikaları tanıdığı üçün onların öz qanunlarına uyğun olaraq istənilən qərarı qəbul etmək hüququna malik olduqlarını deyib.
Eyni zamanda, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, indi “LXR”nin Rusiyaya daxil olması ilə bağlı referendumun keçirilməsi üçün münasib vaxt deyil.
Qeyd edək ki, “LXR”nin rəhbəri Leonid Paseçnik qondarma respublikada Rusiyaya qoşulma ilə bağlı referendumun yaxın vaxtlarda keçiriləcəyini deyib.
Tətbiqimizi yükləyə bilərsiniz