Azərbaycanın daha bir saytı Rusiyada bloklandı


Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb.
Yeniavaz.com
xəbər verir ki, saytın bununla bağlı açıqlamasında mətbuat orqanının redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən belə bir qərar verdiyi bildirilir. Qeyd olunur ki, bu birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə ziddir və “Roskomnadzor”un bu addımı qərəzli və qanunsuzdur.
Qeyd edək ki, bundan əvvəl haqqin.az və minval.az saytları da Rusiya ərazisində bloklanıb.

DİGƏR XƏBƏRLƏR

Top