Baydenin sözlərinə aydınlıq gətirdi: “ABŞ-ın belə strategiyası yoxdur”


“ABŞ-ın Rusiya üçün rejim dəyişikliyi strategiyası yoxdur”.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri zamanı deyib:
“Mən düşünürəm ki, prezident, Ağ Ev dünən axşam qeyd etdi ki, sadəcə olaraq, prezident Putinə Ukraynaya və ya başqasına qarşı müharibə aparmaq və ya təcavüz etmək səlahiyyəti verilə bilməz.
Bildiyiniz kimi, hansı ki, biz bunu dəfələrlə təkrarlamışıq, bizim nə Rusiyada, nə də başqa yerdə hakimiyyət dəyişikliyi strategiyamız yoxdur.
Hər bir halda olduğu kimi, bu halda da qərar Rusiya xalqından asılıdır”.
Qeyd edək ki, ötən gün – martın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin “hakimiyyətdə qala bilməyəcəyini” deyib.

DİGƏR XƏBƏRLƏR

Top