“Ruslar yanacağı ya satır, ya da alkoqolla dəyişdirirlər”


Rusiya hərbçiləri Belarus ərazisində olarkən yanacaq və ərzaq məhsulları satır və ya alkoqolla dəyişdirirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:
“Belə ki, Rusiya hərbi karvanlarının Belarus Respublikası ərazisindən hərəkət marşrutları boyunca hərbi qulluqçular tərəfindən yanacaq və ləvazimatların satışı və ya onların spirtli içkilərə dəyişdirilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında düşmən qoşunlarının mənəvi-psixoloji durumu aşağı qiymətləndirilir”.
Bundan əvvəl Baş Qərargah Rusiya ordusunun döyüş qabiliyyətini bərpa etmək və Kiyevi cənub-qərbdən mühasirəyə almaq üçün bir neçə bölməni Çernobıl regionuna, ardınca isə Belarusa geri çəkdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top