Rusiya MN Ukraynanın itkilərini açıqladı


“Rusiya silahlı qüvvələri 289 pilotsuz uçuş aparatını, 1656 tankı və 169 reaktiv yaylım atəşini məhv edib”.
Yeniavazcom
“tass”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 289 pilotsuz uçuş aparatı, 1656 tank və digər zirehli döyüş maşını, 169 reaktiv yaylım atəşi sistemi, 684 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1503 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib" – deyə, o bildirib.
İqor Konaşenkovun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələri bir gündə Ukraynanın 67 hərbi obyektini, o cümlədən iki komanda məntəqəsini məhv edib:
"Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 67 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, silah-sursat olan üç səhra anbarı, Ukrayna silahlı qüvvələrinin bölmələrinin 11 dayaq məntəqəsi və 20 hərbi texnikanın cəmləşdiyi ərazilər var".

DİGƏR XƏBƏRLƏR

Top