Meri olduğu şəhərin işğal edildiyini açıqladı


Rus qoşunları Ukraynanın Kiyev vilayətindəki Slavutiç şəhərini ələ keçirib.
Yeniavaz.com
“unian”a istinadla xəbər verir ki, bu barədə şəhərin meri Yuri Fomiçev məlumat verib. Onun sözlərinə görə, şəhər rus qoşunları tərəfindən işğal olunub.
“Bütün yerdə qalan şəhər sakinləri Ukrayna bayraqları, “Slavutiç Ukraynadır” şüarları ilə küçələrə çıxdı. Bizə başqa heç kim lazım deyil, çünki bura bizim torpağımızdır. Və bu gün Slavutiç Ukrayna bayraqları altında Ukrayna şəhəri olaraq qalır”.
O, 3 sakinin ölməsi faktını da təsdiqləyib.
Qeyd edək ki, Slavutiç şəhər hakimiyyəti sakinlərə şəhər ətrafında hərəkət etməyi qadağan edib. Martın 24-də rus qoşunları şəhərdəki nəzarət-buraxılış məntəqəsini atəşə tutublar. Eyni zamanda şəhərdən çıxış üçün dəhlizlər yoxdur. Şəhər bağlandığından ərzaq və humanitar yardımın çatdırılması ilə bağlı da vəziyyət çətinləşib.

DİGƏR XƏBƏRLƏR

Top