Blinken İsrail və Fələstinə səfər edəcək


ABŞ dövlət katibi Entoni Blinken İsrail və Fələstinə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, Blinken İsraildə hökumət nümayəndələri ilə görüşəcək, bazar günü isə Fələstinə səfər edəcək. Bu barədə Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir .
“Dövlət katibi Blinken martın 26-28-də İsrailə səfər edəcək və orada baş nazir Naftali Bennett, İsrailin xarici işlər naziri Yair Lapid, İsrailin müdafiə naziri Benni Qantz və İsrail prezidenti Yitzhak Hersoq ilə görüşəcək. Blinken İran və Fələstin-İsrail münaqişəsini müzakirə etmək niyyətindədir. O, həmçinin Bəhreyn, Misir, İsrail, Mərakeş və BƏƏ-dən olan həmkarları ilə birlikdə diplomatik sammitdə iştirak edəcək”, - deyə məlumatda bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top