Duda: "Baydendən Polşaya silah tədarükünü sürətləndirməsini istədim"


Polşa prezidenti Anjey Duda ABŞ Prezidenti Co Baydendən Polşaya müasir silahların tədarükünü sürətləndirməyi xahiş edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Duda Bayden ilə danışıqlardan sonra mətbuat konfransında deyib:
"Mən satınalma proqramlarını sürətləndirməyi istədim. F -35 qırıcılarının alınması proqramı, həmçinin “Abrams” tanklarının alınması üçün bu yaxınlarda razılaşdırılmış proqram var. Mən xahiş etdim ki, təhlükəsizliyimizi gücləndirmək üçün bu sərəncamların icrası mümkün qədər sürətləndirilsin”.

 

DİGƏR XƏBƏRLƏR

Top