
ABŞ Dohada "Taliban" hərəkatının nümayəndələri ilə planlaşdırılan danışıqları ləğv edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Kalin Porter deyib.
" Doha görüşlərinə gəlincə, doğrudur ki, biz bəzi təmasları, o cümlədən Doha forumu ətrafında planlaşdırılan görüşləri ləğv etdik. Və biz açıq şəkildə bildirdik ki, bu qərarı qarşılıqlı fəaliyyətimizdə mümkün dönüş nöqtəsi hesab edirik"- deyə o bildirib.