
Amerika Birləşmiş Ştatları nüvə sazişinə qayıtmaq üzrə İranla danışıqlar uğursuz olarsa, təzyiqləri artıracaqlarını açıqlayıblar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Mən deyərdim ki, biz sazişə qayıtmaq yolunda əhəmiyyətli irəliləyiş əldə etmişik. Lakin hələ də həll edilməmiş məsələlər var, hələ görüləsi işlər var”-deyə o bildirib.