Ağstafada "Mercedes" ağaca çırpıldı, sürücü öldü


Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, yol qəzası Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Dağ Kəsəmən kənd sakini, 35 yaşlı Teymur Mahmud oğlu Salıfov dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top