Ölkədə koronavirusa qarşı vaksin olunanların SAYI


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 477 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksin vurduranların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 356 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksin vurduranların sayı 3 026 385, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 381 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top