İrlandiyanın XİN başçısı çıxış edərkən təcili səhnədən endirildi


İrlandiyanın xarici işlər naziri Saymon Koveni səhnədə çıxış edərkən mühafizəçiləri onu təcili səhnədən endirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb bomba təhlükəsi olub. Belə ki,nazir tədbirdə çıxış edərkən partlayış təhlükəsi ilə bağlı məlumat alınıb və mühafizəçilər hərəkətə keçib.
Araşdırma zamanı naməlum şəxslərin hərəkət halındakı avtomobilə
əyləşərək sürücünü silahla hədələyib, avtomobilə balaca qab qoyduqdan sonra sürücüdən tədbirin keçirildiyi binaya doğru getməyi tələb ediblər. Təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.

 

DİGƏR XƏBƏRLƏR

Top