Putin İstanbula qaçan xüsusi nümayəndəsi haqqında fərman imzaladı


Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Anatoli Çubaysın vəzifədən azad edilməsi haqqında fərman prezident tərəfindən imzalanıb”, - o bildirib.
Xatırladaq ki, 23 martda Çubaysın tutduğu vəzifədən istefa verərək İstanbula qaçması barədə xəbərlər dərc olunmuş və foto yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top