Mariupol Dram Teatrında 300-ə yaxın dinc sakin ölüb


Martın 16-da Rusiya təyyarəsi tərəfindən bombalanan Mariupol Dram Teatrının binasında 300-ə yaxın insan həlak olub.
Yeniavaz.com
xəbər verir ki, Bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
Şəhər şurası bildirib ki, teatr binasının qarşısındakı nəhəng “Uşaqlar” yazısı işğalçıları dayandırmayıb:
“Biz binaları bərpa edə biləcəyik, lakin dostları, qonşuları, qohumları və yaxın adamları heç vaxt geri qaytara bilməyəcəyik. Təcavüzkar ölkə, terrorçu ölkə Rusiyanın Ukraynaya qarşı apardığı ağılsız müharibənin bütün günahsız qurbanlarının xatirəsi əzizdir”.
Qeyd edək ki, martın 16-da Rusiya təyyarəsi Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atıb. Bomba sığınacağına giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət qurbanlar barədə məlumat əldə etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top