
“Rusiya ilə münasibətlərimizi bir kənara qoymağımız mümkün deyil”.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin görüşündən geri qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bilirsiniz, mən bunu çoxdan izah etmişəm. Çünki bu gün yalnız təbii qaz nəzərdə tutulanda, istifadə etdiyimiz təbii qazın təxminən yarısını Rusiyadan alırıq. Bundan başqa, biz bu gün Rusiya ilə Akkuyu Atom Elektrik Stansiyamızı tikirik. Biz bunu kənara qoya bilmərik. Bu gün mən bunu Makrona deyəndə o, “haqlısan” deyir. Yəni orada görüləsi heç nə yoxdur. Bu məsələdə həssaslığımızı qoruyub saxlamalıyıq. Birincisi, mən xalqımı qışda qarda, soyuqda qoya bilmərəm. İkincisi, mən sənayemizi tamamilə sıfırlaya bilmərəm”, - Ərdoğan qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz