Şoyqu Zakir Həsənova zəng edib - YENİLƏNİB


Azərbaycan Respublikasının müdafiə naziri ilə rusiyalı həmkarı arasında telefon danışığı olub.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən bildirilib.
Martın 25-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

***14:00
Azərbaycanın müdafiə naziri Zakir Həsənov və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Şoyqu azərbaycanlı həmkarı ilə sabitləşmə yollarını müzakirə edib.
Qeyd edək ki, ötən gün S. Şoyqu ilə Ermənistandan olan həmkarı arasında regionda və Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində mövcud vəziyyəti müzakirə edən telefon danışığı baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top