Jirinovski ölməyib, vəziyyəti ağırdır - YENİLƏNİB


“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial şəbəkə hesabında yazıb.
“Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, kompüter tomoqrafiyası müayinəsindən keçdi. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır. Özü də böyük adamdır. Onun tezliklə sağalmasını arzulayaq”, - o qeyd edib.
Rusiya Federasiyası Səhiyyə Nazirliyi bildirib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir:
“Həkimlər bu vəziyyətdə hər cür tibbi yardım göstərməkdə davam edirlər”.

***12:56
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskva klinikalarından birində dünyasını dəyişib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə senator Aleksandr Pronyuşkin məlumat verib.
Qeyd edək ki, 75 yaşlı siyasətçi koronavirusa yoluxmuşdu və uzun müddətdir ki, reanimasiyada idi.

DİGƏR XƏBƏRLƏR

Top