
İran İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) sosial şəbəkə hesabında Azərbaycana hədə-qorxu ehtiva edən paylaşım edilib.
Yeniavaz.com xəbər verir ki, paylaşımda Azərbaycan, İraq, Fələstin, BƏƏ, Bəhreyn, Sokotra arxipelaqı (Yəmən) vahid bir mərkəzdə birləşdirilir.
Sözügedən vahid mərkəz İsrail bayrağının mərkəzində yerləşən Davud ulduzu ilə təsvir edilib.
Daha sonra isə İraqın şimalındakı Ərbil şəhərinin İrana məxsus ballistik raketlərlə vurulması işarə edilərək ivrit dilində bu sözlər yazılıb:
“Sizcə, Ərbildə hər şey bitdi? Çox vaxtınız yoxdur...”
Həmin paylaşımı tyəqdim edirik:
האם אתם חושבים שהכל נגמר בארביל ؟
— کانال سپاه پاسداران | IRGC (@Sepah_FA) March 23, 2022
אין לכם הרבה זמן... pic.twitter.com/4mQs4ehujB
Paylaşımla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Yeniavaz.com-a bildirdi ki, nazirlik məsələdən xəbərdardır:
“Əgər açıqlama olarsa, mövqe olarsa, hər kəsə bildiriləcək”.
Əliş Abdulla