"Putin Polşaya nüvə silahı ata bilər" - Sabiq NATO generalı


“Rusiya prezidenti Vladimir Putin taktiki  nüvə silahından istifadə və Polşa ərazisinə zərbə endirmək əmri verə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general Uesli Klark  CNN telekanalına açıqlamasında deyib .
"Əgər o (Putin) həqiqətən də NATO-nu cilovlamaq istəyirsə, NATO-nu məhv edə biləcəyinə inanırsa, taktiki nüvə silahından istifadə edə bilər. Harada istifadə edəcək? Ola bilsin ki, Ukraynada yox, Polşada ictimai yerdə hardasa", - Klark bildirib.
Bundan əlavə, general Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etmə ehtimalına şübhələrinin olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top