"Rusiyanın şantaj dövrü başa çatıb..." - Avropa liderlərindən Putinə cavab


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Rusiyanın Avropaya qaz tədarükü üzrə müqavilələri rublla ödənişə keçirmək qərarını şərh edib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, o, bunu sanksiyalardan yayınmaq cəhdi adlandırıb.
Von der Leyen belə bir qərarın birtərəfli olduğunu və müqaviləni pozduğunu bildirib:
“Bu, sanksiyalardan yan keçmək cəhdi olardı, biz hərəkətlərin məhdudiyyətlərimizdən yan keçməsinə imkan verməyəcəyik. Enerjinin şantaj üçün istifadə oluna biləcəyi dövr artıq başa çatıb”.
Bundan əvvəl Sloveniyanın baş naziri Yanez Yanşa bildirib ki, Avropa qazın pulunu rublla ödəməkdən imtina edəcək.
Almaniya kansleri Olaf Şolz da öz növbəsində bildirib ki, ödənişlərin hansı valyutada aparılmalı olduğu artıq müqavilələrdə müəyyən edilib.
İtaliyanın baş naziri Mario Draqi isə qeyd edib ki, o, hesablaşmaların rublla köçürülməsini müqavilələrin pozulması hesab edir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 23-də “dost olmayan” ölkələrə qazın rublla satılması barədə danışıb. O, hökumətə “Qazprom”a müvafiq sərəncam verməyi, eləcə də yaxın vaxtlarda belə ödənişlər mexanizmini işləyib hazırlamağı tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top