Zelenski bugünkü çıxışında Qərbdən nə istəyib?


Ukrayna prezidenti Vladimir Zelenski Alyansın Brüsseldə keçirilən sammitinin iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən ölkəsinin NATO üzvlüyü məsələsini gündəmə gətirməyib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Brüsseldə NATO ölkələrinin dövlət və hökumət başçılarının bu görüşünə həsr olunmuş jurnalistlər üçün xüsusi telefon brifinqində çıxış edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
"O, Qərbdən hərbi yardımın davam etdirilməsi və artırılması ilə bağlı müraciətini təkrarladı. Lakin diqqəti çəkən odur ki, uçuşa qadağa zonası ilə bağlı heç bir müraciət olmayıb. Həmçinin çıxışında NATO-ya üzvlüklə bağlı heç bir müraciət də etməyib- deyə nümayəndə bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top