Sobanın üzərinə yıxılan gənc dünyasını dəyişdi


Yaşadığı evdə sobaya yıxılaraq ağır yanıq xəsarətləri alan 19 yaşlı gənc ölüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Ağdam rayonunun Sarıcalı kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü kənd sakini Qəhrəmanov Teymur Şərif oğlu gecə saatlarında Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılarkən yolda keçinib.

DİGƏR XƏBƏRLƏR

Top