Lənkəranda piyadanı vuran sürücü polisə təslim oldu - YENİLƏNİB


Lənkəranda piyadanın ölümünə səbəb olan sürücü özü polisə təslim olub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Vilvan kəndi ərazisində baş verib.

Gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına avtomobil vurması nəticəsində xəsarət almış şəxs gətirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişmiş şəxsin Viravul kənd sakini, 1965-ci il təvəllüdlü Maşallah Aydın oğlu Hüseynov olduğunu müəyyən ediblər. O, Vilvan kəndindəki restoranda aşpaz işləyirmiş. Hadisə isə M.Hüseynov işdən çıxıb evə gedərkən baş verib.

Piyadanın ölümünə səbəb olan sürücünün kimliyi də bir müddət sonra məlum olub. Hadisəni Lənkəran rayonunun Vilvan kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar Fərzizadə törədib.

O, idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Sonra özü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışıb. Amma qorxduğu üçün hadisəni özünün törətdiyini heç kimə söyləməyib.


***10:52
Lənkəranda 47 yaşlı kişini avtomobil vurub.

Gecəyarısı rayonun Vilvan kəndi ərazisində piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Nəticədə 1965-ci il təvəllüdlü Veravul kənd sakini Maşallah Hüseynov dünyasını dəyişib. Onu yoldan keçən şəxslərdən biri avtomobili ilə xəstəxanaya aparsa da, artıq piyadanın öldüyü məlum olub. Hazırda qəzanı törədərək hadisə yerindən qaçan sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top