Putinin xüsusi nümayəndəsi istefa verib İstanbula getdi - FOTO


Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubays tutduğu vəzifədən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezidentin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev “RİA Novosti”yə bildirib.
"Həqiqətən də Anatoli Borisoviçin nümayəndələri onun prezidentin xüsusi nümayəndəsi vəzifəsini tərk etdiyini təsdiqləyiblər. Düşünmürəm ki, onun bu vəzifədən getməsi bizim ölkədə iqlim gündəliyinin inkişafına hər hansı şəkildə təsir göstərəcək", - Edelgeriyev bildirib. .
O, karbon bazarı üçün normativ-hüquqi bazanın hazırlanması planlarından danışıb və qeyd edib ki, iqlim dəyişikliyinə uyğunlaşma və meşə yanğınlarının ərazisinin azaldılmasına xüsusi diqqət yetiriləcək.
İddialara görə, Çubays prezident Vladimir Putinin Ukraynada başlatdığı müharibə ilə razılaşmadığını əsas gətirərək istefa verib və ölkəni tərk edib.
“Kommersant” qəzeti Çubaysın dünən, martın 22-də İstanbulda görüntüləndiyini yazıb və onun bankomatın yanında olduğu bir fotoşəkil yayıb.

DİGƏR XƏBƏRLƏR

Top