Ukraynanın Brestdəki konsulluğu bağlandı


Belarusda Ukraynanın Brestdəki Baş Konsulluğunun bağlanması barədə qərar qəbul edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb. Bildirilib ki, həmçinin Belarus hökuməti ukraynalı diplomatları Minskdəki səfirliyi tərk etməyə dəvət edib.
Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
Diplomatın sözlərinə görə, Ukrayna səfirliyi Belarusda "1+4 formatında, yəni səfir və dörd işçi ilə" işləməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top