"Putinin hərəkətləri barbarlıq həddini keçib..." - Consondan qərbə çağırış


Bu gün Böyük Britaniya hökumətinin Nazirlər Kabinetinin iclasının bəzi təfərrüatları məlum olub.
Yenivaz.com
BBC-ə istinadla xəbər verir ki, baş nazir Boris Conson həmkarlarına bildirib ki, müttəfiqlər Ukraynaya müdafiə xarakterli hərbi yardım göstərməkdə daha da irəli getməlidirlər.
Mətbuat orqanının bildirdiyinə görə, baş nazir Putin rejiminin qəddar və qeyri-insani hərəkətləri qarşısında Ukrayna xalqının şiddətli müqavimətini qiymətləndirib:
“O, Putinin hərəkətlərinin artıq barbarlıq həddini keçdiyini və qərbin sanksiyaları gücləndirmək və Ukraynaya əlavə müdafiə hərbi yardımı göstərməkdə daha da irəli getməkdən çəkinməməli olduğunu söyləyib”.

DİGƏR XƏBƏRLƏR

Top