“Washington Post” Azərbaycanın müharibədəki qələbəsindən yazdı


İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirələr üçün bir sıra mövzular təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə deyilir.
“Rusiya tankları məğlubiyyətə uğrayır. Müasir döyüş meydanında onlara yer varmı?” adlı məqalədə bildirilir ki, Rusların çoxlu sayda tank və zirehli texnikadan istifadə edərək hücuma keçməsi tankların döyüş meydanındakı əhəmiyyətini bir daha vurğulayır:
“Lakin ruslar həm də Amerikaya məxsus “Javelin”, həm də Britaniya istehsalı olan NLAW (Next Generation Light Tank Antitank Weapon) kimi güclü, əldə tutulan tank əleyhinə raketlərlə silahlanmış Ukrayna qoşunlarının əlində dağıdıcı avtomobil itkilərinə məruz qalıblar. Ukraynalılar Türkiyənin “Bayraktar TB2” pilotsuz uçan aparatlarının tank əleyhinə raketlərindən də yaxşı istifadə ediblər. Açıq mənbəli hesabatlar göstərir ki, ruslar 300-ə yaxın tank və 500-dən çox zirehli texnika daxil olmaqla, 1600-dən çox maşın və texnikanı itirib.
Birləşmiş Ştatlar ukraynalıları təkcə “Javelin”lə yox, həm də texniki olaraq ov sursatları kimi tanınan 100 kamikadze pilotsuz uçuş aparatı ilə də təmin etdiyi üçün rusların daha ağır itkilərə məruz qalması ehtimalı yüksəkdir . “TB2” pilotsuz uçan aparatları və İsrail istehsalı olan kamikadze dronlar Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı zəfərlə nəticələnən müharibəsində belə silahların çox güclü olduğunu sübut etdi. Daha əvvəl də bildirdiyimiz kimi, sözügedən müharibədə Ermənistanın döyüş maşınlarının 47 faizi zədələnib və ya tamamilə məhv edilib.
“Army Times” yazır ki, Ermənistan-Azərbaycan müharibəsi “zirehli texnika” tərəfdarlarına və əleyhdarlarına çoxlu müzakirə məqamları verib. Başlıca müzakirə mövzularından biri o idi ki, dronların dəqiq zərbələri ilə tankların məhv edilməsi zirehli texnikaların istifadəsinin sonunu ifadə edir, yoxsa pis müdafiə olunan zirehli texnikanın nə ilə üzləşə biləcyinin nümunəsidir?”

DİGƏR XƏBƏRLƏR

Top