Ukrayna məhv edilən rus təyyarələrinin sayını açıqladı


Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, düşmənin son 24 saat ərzində 6 təyyarəsi məhv edilib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Gün ərzində düşmənin 6 təyyarəsi, bir helikopteri, 5 pilotsuz uçuş aparatı və 5 qanadlı raketi vurulub. Belə ki, biz istədiyimiz sayını aşdıq - 100 vurulan düşmən təyyarəsi. İndi isə düşmənin 105 təyyarəsi məhv edilmiş hesab olunur. Bu, 5-dən çox aviasiya alayı və ya ayrıca hava ordusu deməkdir”, - deyə Aretoviç vurğulayıb.
Onun sözlərinə görə, hərbi itkilərə görə hava hücumundan müdafiə sisteminin o qədər də güclü olmadığı JFO zonası və Mariupol istisna olmaqla, düşmən təyyarələri bir neçə gün ərzində ümumiyyətlə heç bir hərəkət etməyib.
"Sonradan onlar Ukraynanın dinc şəhərlərinin üzərindən uçmaq, onları bombalamaq qərarına gəldilər. Təbii ki, hər şey onlar üçün məğlubiyyətlə başa çatdı", - Arestoviç vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top