"Rusiyaya qarşı bu addımı atsaq, Avropa üçün dağıdıcı olar"


Xəbər verdiyimiz kimi, Almaniya kansleri Olaf Şolz Rusiyanın Ukraynaya müdaxiləsinin “ilişib qaldığını” və prezident Vladimir Putinin “həqiqəti eşitməsi” lazım olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, həmçinin xəbərdarlıq edib ki, Rusiyanın enerji təchizatına dərhal embarqo qoyulması təklifləri rədd edilməlidir, çünki bunun Avropaya təsiri dağıdıcı olacaq:
“Almaniya Rusiyanın enerji mənbələrindən azad olmaq prosesindədir, lakin bunu bir gündə etmək ölkəmizi və bütün Avropanı tənəzzülə sürükləyəcək”.
O, xəbərdarlıq edib ki, bu addım atıldığı təqdirdə “bütün sənayelər çökmək astanasında olacaq”. Bununla belə o qeyd edib ki, mövcud anti-Rusiya sanksiyaları artıq Almaniya vətəndaşlarına iqtisadi cəhətdən ağır zərbə vurur.

DİGƏR XƏBƏRLƏR

Top