Taliban qızlar üçün orta məktəb və liseyləri bağladı


Taliban Əfqanıstanda qızların təhsil aldığı orta məktəb və liseyləri bağlayıb.
Yeniavaz.com
“euronews”ə istinadla xəbər verir ki, bu yeni tədris ilinin başlamasından dərhal sonra baş verib. Belə ki, bu gün səhər saatlarında televiziya əməkdaşları dərs zamanı paytaxt Kabildəki Zarqona Qızlar Liseyində çəkiliş apararkən müəllim içəri daxil olub və tələbələrə evə getməyi əmr edib.
Nəşr bildirir ki, talibançıların ötən avqustda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə məktəbə qayıtdıqlarına sevinən qızlar kitablarını bağlayıb, əşyalarını yığıb və göz yaşları içində sinifi tərk ediblər.
Talibanın sözçüsü İnamullah Samanqani əlavə şərh vermədən ölkə daxilində qızların evlərinə qayıtmalarının istənilməsi ilə bağlı xəbərləri təsdiqləyərək, "bəli, doğrudur" deyib.
Heç bir Taliban rəsmisi bu qərarın səbəbini izah edə bilməyib.
Təhsil Nazirliyinin sözçüsü Əhməd Əziz Rayan isə “bizim şərh verməyə hüququmuz çatmır” deyə, bildirib.

DİGƏR XƏBƏRLƏR

Top