ABŞ-dan Rusiyanın nüvə xəbərdarlığı ilə bağlı açıqlama


Pentaqon (ABŞ Müdafiə Nazirliyi Kremlin sözçüsü Dimitri Peskovun Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Moskvanın nüvə açıqlamalarının “təhlükəli” olduğunu bildirib.
O, jurnalistlərə açıqlamasında nüvə gücünə sahib Kremlin daha məsuliyyətli davranmalı olduğunu deyib.
Kirbi əlavə edib ki, Pentaqon rəsmiləri hələ ki, ABŞ-ın strateji çəkindirici mövqeyini dəyişməli olduğu qənaətində deyilllər. Onlar buna əsas olacaq hər hansı səbəb görmürlər.
Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov “CNN İnternational”a bildirib ki, əgər Rusiya “ekzistensial təhlükə” ilə üzləşərsə, nüvə silahlarından istifadə edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top