
Ukrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini öldürüb.
Yeniavz.com xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib .
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında hardasa “çürüyürlər”.
"Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb. O, qələbəyə inandığını da əlavə edib.