Bakıda qeyri-adi qəza: “Mercedes” iki “Prius”un üzərinə çıxdı - VİDEO


Bakıda yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Binəqədi rayonu Şövkət Məmmədova küçəsində qeydə alınıb. 

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını eyni istiqamətdə hərəkətdə olan iki “Toyota Prius” markalı nəqliyyat vasitəsinin üzərinə çıxarıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi zərər dəyib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. 

Həmin videonu təqdim edirik:


Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top