Yaponiyadan Rusiyanın qərarına sərt reaksiya - Səfir XİN-ə çağrıldı...


Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin Yaponiya xarici işlər nazirliyinə çağrılıb.
Yeniavaz.com "RİA-Novosto"yə istinadən bildirir ki, Yaponiya XİN-in birinci müavini Takeo Mori Moskvanın ölkələr arasında sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarına etiraz edib. 
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Rusiyanın bu dialoqdan çıxmaq qərarını qəbuledilməz adlandırıb.
Rusiya XİN bazar ertəsi bildirib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir.  Eyni zamanda Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırır və Yaponiya ilə dialoqdan geri çəkilir. 
 

DİGƏR XƏBƏRLƏR

Top