
Ukraynanın Ujqorod şəhərində hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Rusiya FSB agentinin rəhbərlik etdiyi təxribatçı qrupu saxlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Telegram-da jurnalist Vitali Qlaqola məlumat verib.
Onun sözlərinə görə, təxribat qrupu Ukrayna prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat aksiyaları keçirməyi planlaşdırıb.
Təxribatın təşkilatçısı FSB-nin agentidir. O, 25 nəfərdən ibarət təxribat qrupu yaradıb, onları silahlandırıb və nəqliyyat vasitələri ilə təchiz edib.