ABŞ bu şəxs haqqında məlumat verənə 5 milyon dollar ödəyəcək


ABŞ Somalidə "Əş-Şəbab" terror qruplaşmasının liderlərindən birinin saxlanılmasına imkan verəcək məlumatlara görə 5 milyon dollar mükafat elan edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Hiiraan informasiya portal məlumat yayıb.
“Söhbət ABŞ-ın Kaliforniya ştatının keçmiş sakini Cehad Servan Mostafadan gedir. O, San Dieqo Universitetini bitirib, daha sonra 2005-ci ildə Somaliyə köçüb, burada üç il sonra ekstremistlərə qoşulub və Əl-Şəbabda təsirli karyerası olub. Mostafa yüksək vəzifələrdə, o cümlədən hərbi hazırlıq xidmətinin rəisi, qrupun xarici bölmələrinin rəhbəri vəzifələrində çalışıb, terror aktları təşkil edib”, – deyə səfirliyin məlumatında bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top