Bayden miqrantlarla bağlı yeni qanunu təsdiqlədi


ABŞ Prezidenti Co Bayden miqrantlarla bağlı yeni qanunu imzalayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yeni qanun çərçivəsində xarici investorun özünə, həyat yoldaşına və 21 yaşına çatmamış uşaqlarına ABŞ-da yaşaya və işləyə bilmlələri üçün “green card” veriləcək. Bu həmçinin bəhs edilən şəxslərin ABŞ vətəndaşlığı ala bilmələrinə yol açacaq.
Qanun xarici miqrantlardan ABŞ-da müəyyən bölgələrdəki layihələrə 1 milyon dollar pul yatırmaq tələbini 800 min dollara endirib. Əgər investor federal layihəyə yatırılan 800 min dolları istəsə, beş ildən sonra geri ala biləcək.
Nyu York Vəkillər Kollegiyasının hüquqşünası Cahit Akbulut “Amerikanın Səsi”nə verdiyi açıqlamada yeni qanunun ABŞ-ın Avropa ölkələrindən bir addım öndə olduğunu bildirib:
“Yeni tətbiqin ən üstün cəhəti investorların ölkədə yaşamaq və işləmək hüququ ala bilmələridir. İnvestor artıq ABŞ-da bir neçə ay ərzində iş icazəsi ala biləcək. Digər mühüm məsələ, miqrasiya idarələrində bununla bağlı həyata keçirilən prosedur müddətinin azalmasıdır”.
Mütəxəsisslər Baydenin imzaladığı yeni qanunun ABŞ-da xarici investorlar sayəsində çox sayda yeni iş yerlərinin açılacağını söyləyib.
 

DİGƏR XƏBƏRLƏR

Top