Çində sərnişin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB


Çində göyərtəsində 133 nəfərin olduğu təyyarənin qəzaya uğrama səbəbi açıqlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ilkin versiya olaraq qəzaya səbəb kimi mühərrikdə olan problem göstərilib. Ətraflı məlumat isə araşdırmalardan sonra veriləcək. Məlumatda həmçinin bildirilib ki, qəza baş verən yerdəki meşə yanğını söndürülüb. Ölən və yaralananlar barədə isə hələlik məlumat yoxdur.
***12:43
Çin Şərqi Hava Yollarına məxsus “Boeing 737” sərnişin qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çinin milli televiziyası məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 133 nəfər sərnişin olub.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerində meşə yanğınının başladığı bildirilib.


 

DİGƏR XƏBƏRLƏR

Top