"Cəhdlərimiz uğursuz olsa, bu, Üçüncü Dünya müharibəsi deməkdir"


Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb və uğursuzluğa düçar olarsa, “Üçüncü Dünya müharibəsi” ilə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
"Mən onunla danışıqlara hazıram. Son iki il ərzində hazıram. Və düşünürəm ki, danışıqlar olmadan bu müharibəni bitirə bilməyəcəyik", - Zelenski deyib.
"Düşünürəm ki, danışıqlar aparmaq, Putinlə danışmaq üçün istənilən formatdan, istənilən şansdan istifadə etməliyik. Amma bu cəhdlər uğursuzluqla nəticələnərsə, bu, Üçüncü Dünya müharibəsi deməkdir", - o əlavə edib.
Daha əvvəl isə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç demişdi ki, hazırda Ukraynada cəbhə praktiki olaraq dayanıb.

DİGƏR XƏBƏRLƏR

Top