Bu istiqamətdə yeni avtobus xətti açıldı - FOTO


Bakı Dəmiryolu Vağzalı - 11 saylı məktəb istiqamətində 27 nömrə adı altında yeni müntəzəm marşrut xətti təşkil edilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, marşrutun fəaliyyəti martın 21-dən etibarən təşkil ediləcək. Belə ki, dəyişiklikdən sonra vətəndaşların Murad Qafur, Zaur Nudirəliyev, Ceyhun Hacıbəyli küçələrində yerləşən təhsil müəssisələri, iaşə obyektlərinə, eyni zamanda "Çermet" adlanan yaşayış massivindən birbaşa əlavə ödəniş etmədən “28 May” m/st istiqamətində gedişləri mümkün olacaq. 

Marşrutun başlanğıc dayanacaq məntəqəsi Murad Qafur küçəsi (11 saylı məktəb), son dayanacaq məntəqəsi isə Süleyman Rəhimov küçəsi (Bakı Dəmiryolu vağzalı) müəyyənləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top